Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda müsabiqə keçirildi

Written by wsdmin on . Posted in Uncategorized

kubok19 Mart 2013-cü il tarixində, “Delta Telecom”un sponsorluğu, XDMX XRITDA Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (cert.gov.az) texniki dəstəyi ilə “Hackathon Azerbaijan” layihəsi çərçivəsində, Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda həyata keçirilən müsabiqəsinin final mərasimi keçirilib.

Tədbirdə çıxış edən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndəsi Tural Məmmədov müsabiqənin keçirilmə zəruriyyəti, mövzunun aktuallığı və veb təhlükəsizlik məsələsinin Azərbaycanın İKT sahəsi üçün kəsb etdiyi əhəmiyyətdən söhbət açıb.

Daha sonra çıxış edən veb təhlükəsizlik üzrə ekspert Arif Şəmistanlı bu sahə ilə bağlı iş təcrübəsindən, fəaliyyət mexanizmlərindən danışıb.

Sonda “Hackathon Azerbaijan” layihəsinin rəhbəri Rəşad Əliyev veb təhlükəsizlik mövzusunu əhatə edən müsabiqənin Azərbaycanda ilk dəfə reallaşdırdığını xüsusi vurğulayaraq, layihənin gedişatı, statistik göstəriciləri və nəaliyyətləri ilə bağlı tədbir iştirakçılarına məlumat verib. R.Əliyev qeyd edib ki, 6-17 mart tarixlərini əhatə edən müsabiqə böyük maraq doğurub və 200-ə yaxın iştirakçı qeydiyyatdan keçib. Layihə rəhbəri, həmçinin, bildirib ki, müsabiqədə aktiv iştirak edənlərə “Microsoft” şirkəti tərəfindən pulsuz “dreamspark” hesabları təqdim olunacaq.

Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda keçirilən müsabiqəyə start verildi

Written by wsdmin on . Posted in Uncategorized

web_sec_press_2013_03_06Daha öncə də məlumat verdiyimiz kimi Ölkəmizdə informasiya texnologiyaların günü-gündən inkişafı veb təhlükəsizlik məsələsinin aktuallaşmasına səbəb olub. Məhz bu səbəb nəzərə alınaraq Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda müsabiqə keçirilir.

“Delta Telecom”un sponsorluğu, DMX XRITDA Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (cert.gov.az) texniki dəstəyi ilə həyata keçirilən müsabiqə cari ilin 6-17 Mart tarixlərini əhatə edəcək.

Müsabiqənin əsas mərhələsinə bu gün səhər saat 10:00-dan etibarən start verilib. Gənc proqramçılar qalibiyyət uğrunda öz güclərini sınamağa başlayıblar. Təşkilat Komitəsindən MoBiz-ə verilən eksklyüziv məlumata əsasən müsabiqəyə maraq çox böyükdür. Belə ki, qeydiyyat mərhələsindən artıq 150-dən çox iştirakçı keçib. Qeydiyyat prosesi hələ də davam etməkdədir.

17 Mart saat 19:00-da yarışmanın yekunlaşması nəzərdə tutulub. Nəticələr 19 Mart tarixində elan olunacaq.

Ümumi qaydalara gəldikdə isə 3 gün ərzində iştirakçılar təşkilat komitəsi tərəfindən hazırlanan xüsusi yaradılmış hədəf saytında texniki boşluq taparaq, sayta zərər vurmalıdırlar. Qalib olan şəxs pul mükafatını əldə edəcək.

I gün: Təşkilat Komitəsi tərəfindən hazırlanan və təhlükəsizliyi güclü sayılan sayt iştirakçılara təqdim olunur. Qalib gələn şəxsə təqdim olunacaq məbləğ: 3000 AZN

II gün: Sayta kiçik texniki boşluq əlavə olunacaq. Bu texniki boşluöu tapan şəxs qalib hesab olunacaq: 2000 AZN

III gün: Texniki cəhətdən nisbi mühafizəli sayt iştirakçılara təqdim olunur. Qalibiyyət məbləği: 1000 AZN

Veb təhlükəsizliyi, kompüter istifadə etdiyiniz zaman ortaya çıxa biləcək risklərin idarə edilməsi ilə maraqlanan və onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görən elm sahəsidir.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək

Written by wsdmin on . Posted in Uncategorized

web_sec_press_2013_03_06

Ölkəmizdə informasiya texnologiyaların günü-gündən inkişafı veb təhlükəsizlik məsələsinin aktuallaşmasına səbəb olub. Məhz bu səbəb nəzərə alınaraq Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək.

2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkədə bu sahənin daha da inkişaf etməsinə təkan verir. Bu dəstəkdən mənəvi ruhlanaraq, İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan veb təhlükəsizlik mövzusunda müsabiqəyə start verilir.

“Delta Telecom”un sponsorluğu, XDMX XRITDA Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (cert.gov.az) texniki dəstəyi ilə həyata keçirilən müsabiqə cari ilin 6-17 Mart tarixlərini əhatə edəcək.

Müsabiqənin qısa müddətdə keçirildiyini nəzərə alaraq, Təşkilat Komitəsi qeydiyyat prosesini 6 Mart tarixindən başlayaraq, yarışma boyunca ( 17 Mart tarixinə qədər) davam etdirəcək.

Qeydiyyat şərtləri olduqca sadədir. Bunun üçün sadəcə rəsmi səhifədə (http://websecurity.hackathonazerbaijan.org/) qeydiyyat formasını doldurmaq tələb olunur. İştirakçıların qeyd olunan müsabiqə qaydaları ilə tanışlığı və onların qəbul edilməsi də şərtlər sırasındadır.

Müsabiqənin əsas mərhələsinin başlandığı 15 Mart tarixindən isə gənc proqramçılar qalibiyyət uğrunda öz güclərini sınayacaqlar.
17 Mart saat 18:00-da yarışmanın yekunlaşması nəzərdə tutulub.

Ümumi qaydalara gəldikdə isə təşkilat komitəsi tərəfindən yarışma bir sayt hazırlanacaq. 3 gün ərzində bu saytda hər hansı texniki boşluq tapan iştirakçı qalib hesab olunacaq və pul mükafatını əldə edəcək.