Qaydalar

1. Qeydiyyat
- İddiaçıların e-poçt ünvanlarına təsdiq məktubu göndəriləcək.
- Qeydiyyatını təsdiq etmiş iddiaçı iştirakçı hesab olunur.

2. Yarışda iştirak
- Yarış başlayan günü iştirakçıların e-poçt ünvanlarına “hədəf” saytın ünvanı göndəriləcək.
- Yarış müddətində qeydiyyat aktiv olacaq.

3. Xəbərdarlıq
- Yarış günləri “hədəf” sayta DDoS hücum etmək qadağandır.
- Yarış zamanı “hədəf” sayt xaricində hər hansı sayta vurulan zərərə görə təşkilatçılar məsuliyyət daşımır.
- Digər saytlara hücum edən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi üzrə məsuliyyət daşıyır.
- İştirakçının yarış müddətində vurduğu zərər, istifadə etdiyi üsullar və aidiyyatı olan məlumatları digər şəxslərə ötürməsi qadağandır.

4. Qalibin elan olunması
- Qalib 15-17 Mart tarixlərində saytı ilk sındırmış iştirakçılar sayılır.
- Saytda verilənləri təhrif(dəyişiklik) etmək, faylları silmək və ya saytdan müəyyən gizli məlumatları əldə etmək saytı sındırmaq kimi qəbul olunur.
- Sayta zərər vuran iştirakçı, o üsulu dəqiq addımlarla(detallarla) “Hackathon Azerbaijan” tərəfindən ona göndərilmiş müvafiq e-poçt ünvanına göndərməlidir.
- Mükafatlar barədə məlumat saytın müvafiq bölməsində qeyd olunacaq.

5. Məxfilik
- İştirakçıların fərdi məlumatları “Hackathon Azerbaijan” təşkilatının sədri tərəfindən qorunub saxlanılacaq.
- Qalibin istəyindən asılı olaraq onun adının ictimaiyyətə açıqlanması gizli saxlanıla bilər. Lakin hədiyyənin alınması üçün şəxsən özünün və ya nümayəndəsinin gəlməsi vacibdir.

6. Yekun
– Yarışda qeydiyyatdan keçən iştirakçılar yuxarıda qeyd olunan bütün qaydaları qəbul etmiş sayılırlar.
- Qaydaları pozan iştirakçılar yarışmadan kənarlaşdırılacaq.
– Təşkilatçılar qaydalarda istənilən zaman dəyişikliklər edə bilərlər.